Məşhur müğənni səhnəyə əlil arabasında çıxdı - FOTO

15:58 / 11.03.2024
5857
MS xəstəliyi ilə mübarizə aparan Türkiyənin məşhur müğənnisi Serdar Ortaç ağrıları səbəbi ilə səhnədə oturaraq çıxış edir. Son zamanlar əlil arabasından istifadə etməyə başlayan müğənni, ayaq üstə durmaqda çətinlik çəkir və pərəstişkarlarından dəstək alır.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
MS xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq, tez-tez spirtli içki qəbul edərək canlı yayımları ilə gündəmdə qalan Serdar Ortaçın son durumu diqqət çəkib.
Kreslodan qalxmaqda çətinlik çəkən müğənni onunla şəkil çəkdirmək istəyən izləyicilərinin dəstəyi ilə ayağa qalxa bilib.
Ülkər Abdurahmanlı