Azərbaycanı "Avroviziya"da o təmsil edəcək

Maqazin
21:05 / 07.03.2024
5656
Azərbaycanı “Avroviziya 2024" mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.
Sfera.az xəbər verir ki, yarışmaya bu il iştirakçı kimi Fahree gedəcək.
Bu haqda “Avroviziya”yanın rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.