Röya yeni imici ilə tanınmaz HALA DÜŞDÜ - FOTO

Maqazin
14:25 / 06.03.2024
3402
Xalq artisti Röya Ayxan yeni imicdə fotolarını paylaşıb.
Sfera.az-ın xəbərinə görə, o uzun sarı saçlarını kofe rəngində boyadaraq, qısa kare formada kəsdirib. Müğənni fotolarını sosial şəbəkə hesabında paylaşaraq, “Mən bəyənmədim, ya siz? “Çolka”mənə yaraşmırmış, yox?” şərhini yazıb.
Röyanın bu fotolarına sosial şəbəkələrdə tənqidi rəylər yazılıb. Onu fransız qızlarına oxşadıblar və tamamilə özünə bənzəmədiyini deyiblər. (Lent.az)