Türkiyənin tanınmış təşkilatçısı: “Ən böyük xəyalımı gerçəkləşdirdim…”

"Quality Event" şirkətinin təşkilatçısı Teoman O.Kaplan Azərbaycanda Arb TV-yə açıqlama verib.
Sfera.az xəbər verir ki, o, hər zaman Röya Ayxan və Aygün Kazımovanın birgə iştirak etdiyi konsert təşkil etməyin xəyalını qurduğunu bildirib:
"Azərbaycanlı hər bir sənətçi bizim üçün çox dəyərlidir. 8 martda "Cristal hall"da xanımlar üçün ən mükəmməl və özəl gecə olacaq. Bu festivalda təkcə xanımlar yox, həmçinin bəylər də iştirak edə biləcək. Xalq artistləri Röya Ayxan və Aygün Kazımovanın birgə iştirak etdiyi konsert təşkil etmək ən böyük xəyalım idi. Bunu 8 mart günü reallaşdırdığım üçün çox xoşbəxtəm. Mənim üçün şərəfdir. Azərbaycanın ən qaymaq sənətçiləri məhz bu festivalda olacaq. Çox böyük iş gördük, bu işdə mənimlə yanaşı komandamın da böyük əziyyəti olub. Onu qeyd etmək istərdim ki, satışda çox az sayda bilet qalıb. Onlar da hazırda 1+1 kampaniyasındadır".
Əlaqə nömrələri: 055 538 38 69; 099 539 39 69
İnstaqram: //www.instagram.com/qualityevent.baku?igsh=MWFmNWwwZXVkOXIzNg==