Dəb ikonası 102 yaşında vəfat etdi - FOTOLAR

Dəb ikonası 102 yaşında vəfat etdi - FOTOLAR

Amerikalı dizayner və moda ikonası İris Apfel 102 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu haqda onun instaqram səhifəsində paylaşım edilib. 

 

Bildirilib ki, dəb ikonası Palm Beach-dəki evində dünyasını dəyişib. Ölümün səbəbi isə açıqlanmayıb.

 

Qeyd edək ki, İris Apfel 1921-ci ildə Nyu-Yorkda yahudi Samuel və Sadie Burrell ailəsində anadan olub. Anasının moda butiki olub. O, peşəkar modelyerə çevrilməzdən əvvəl Ağ Evdə bərpa layihələri də daxil olmaqla, onilliklər ərzində daxili dizayner kimi çalışıb.

 

İris moda ikonu kimi şöhrətini xoşbəxt bir təsadüfə borcludur. 2005-ci ildə Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində (MOMA) sərgi ləğv edildikdə kurator ona zəng edərək zərgərlik kolleksiyasını təqdim etməyə dəvət edib. 97 yaşında Keyt Moss və Gigi Hadid kimi supermodelləri təmsil edən IMG agentliyi ilə modellik müqaviləsi imzalayıb. İris 100 illik yubileyi şərəfinə "H&M"dən paltar, zərgərlik və ayaqqabılardan ibarət canlı kolleksiya buraxıb ki, əşyalar bir neçə dəqiqə ərzində satılıb.

 

O, fərqli kəsilmiş ağ saçları, böyük ölçülü eynəkləri, parlaq dodaq boyası və böyük muncuqları ilə tanınırdı. Apfel Greta Garbo və Estée Lauder də daxil olmaqla bir çox məşhur müştərilərə xidmət göstərib.

 

2014-cü ildə onun haqqında məşhur rejissor Albert Maysles tərəfindən "İris" adlı sənədli filmin çəkilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR