Logo

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Evlilik sevginin məzarıdır”- məşhur fransız yazarı Stendaldan sitat gətirsəm də, hədəfim azərbaycanlı məşhurlardır. Heç vaxt evlənməyən, ömürlərinin sonuna qədər subay qalan məşhurlar... Onların arasında şair də var, yazıçı, bəstəkar, alim, rəssam, rejissor da… Kim bilir, bəlkə onlar da Stendalın təbirincə desək, sevgilərini məzara gömməmək üçün evlilikdən əbədi imtina edənlərdir? Babal yumayaq, haqq dünyasındadırlar. Əlbəttə, onu bir özləri bilib, bir də Allahları…

Qaynarinfo.Az Publika.az-a istinadəömründə bir dəfə də olsun evlənməyən, ömürlərini tənha başa vuran məşhurların siyahısını təqdim edir:

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Ustad xanəndə Seyid Şuşinski. 76 yaşında dünyasını dəyişib. Tələbələrinin dediyinə görə, gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva. 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ Xalq artisti Kövkəb Səfərəliyeva. 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

Məhəmməd Hadi, şair 41 yaşında dünyasını dəyişib.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Turan Cavid. 77 yaşında dünyasını dəyişib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası Hüseyn Cavidin xalq düşməni elan edilməsinə görə bu evlilik baş tutmayıb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında dünyadan köçüb. Turan Cavidlə sevgili olub.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Akademik Azad Mirzəcanzadə. 80 yaşında həyatdan köçüb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında dünyasını dəyişib. Həmkarı, məşhur rəssam Maral Rəhmanzadə ilə nakam sevgi yaşayıb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - Siyahı + Foto

Arif Babayev, rejissor. 54 yaşında dünyasını dəyişib. Əslən yəhudi olan ərli qadınla uzun illər sevgi yaşayıb. O qadına görə ömürlük subay qalmağa üstünlük verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR