Bakıda türk filmləri həftəsi başladı

Bakıda türk filmləri həftəsi başladı
 
Noyabrın 22-də Bakıda Türk filmləri həftəsinin açılışı olub.
 
Nizami Kino Mərkəzində keçirilən Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır. 
 
Tədbirdə çıxış etmiş rejissor Öner Kılıç Türk filmləri həftəsi barədə məlumat verərək,  film həftəsində azərbaycanlı tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış  bədii və sənədli filmlər təqdim olunacaq.
 
C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov təqdim olunacaq ekran əsərlərinin türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracağını deyib.  
 
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən danışıb.  
 
Səfir həmçinin türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıb.
 
"Bir müddət əvvəl Türkiyə çox çətin günlər yaşadı. Bu günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu, bizimlə oldu”, - deyə Erkan Özoral vurğulayıb.
 
Tədbirdə Türk filmləri həftəsinin gələn ay Astanada da təşkil ediləcəyi bildirilib.
 
Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib ki, film müasir dövrdə əlaqənin, tanışlığın ən təsirli vasitələrindən biridir: "Türk filmlərini yalnız Azərbaycanda deyil, türk dünyasında da nümayiş etdirmək niyyətindəyik. Eyni zamanda, türk dünyası ölkələrinin filmləri də qarşılıqlı olaraq digər ölkələrdə təqdim edilməlidir”.
 
Sonra "Kalandar soğuğu” filmi nümayiş olunub. Bu film 2017-ci ildə Türkiyəni "Oskar” mükafatında təmsil edəcək.(APA)


OXŞAR XƏBƏRLƏR

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...