Məşhur müğənni ad gününü İtaliyada KEÇİRƏCƏK - FOTO

Məşhur müğənni ad gününü İtaliyada KEÇİRƏCƏK - FOTO
Kateqoriya məlum deyil
T

Rihanna 36 yaşını İtaliyada qeyd edib. 

 

Sfera.az-ın xaric mediaya istinadən xəbərinə görə, müğənni sevgilisi A$AP Rocky ilə birlikdə bir neçə gün keçirmək üçün Venesiyaya yollanıb.

 

O və sevgilisi şəhərin məşhur Böyük Kanalı boyunca romantik ekskursiya keçirərkən qayıqda görünüblər.

 

Rihanna yapon dizayneri Junya Vatanbenin 2023-cü ilin payız/qış kolleksiyasından astarı xəzli qara rəngli dəri palto geyinib. Paltonun altından isə ətəyi krujevalı krem rəngli mini paltar geyinib.

 

Rihannanın obrazını bahalı “Dior” çantası tamamlayıb. (Lent.az)

 


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR