Bu ölkə ilk dəfə gözəllik yarışmasına qatıldı – FOTO

Kateqoriya məlum deyil
T
Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani, Malayziyada keçirilən "Miss & Mrs Global Asia" gözəllik yarışmasında ölkəsi adından yarışıb.
Sfera.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanının qatıldığı ilk gözəllik yarışmasıdır.
Qeyd edək ki, builki müsabiqədə Avstraliya, Borneo, Hindistan, İndoneziya, Yaponiya, Tailand, Filippin, Sinqapur, Səudiyyə Ərəbistanı, Vyetnam, Banqladeş, Myanma və Malayziya da daxil olmaqla 12 ölkə və regiondan 25 iştirakçı iştirak edib.
Ülkər Abdurahmanlı








