Dilarə atasından danışdı, kövrəldi - VİDEO

Dilarə atasından danışdı, kövrəldi - VİDEO

Avroviziya təmsilçimiz Dilarə Kazımova mərhum atası ilə bağlı açıqlama verib.

 

Sfera.az azxebercom-a istinadla xəbər verir ki, sənətçi onu 12 yaşında itirdiyini deyib: 

 

"Mən öncə o Dilarəyə sarılardım. Çünki o, atasını itirən Dilarədir. Ona deyərdim ki, hər nə qədər çətin olsa da, özündən şübhə etmə. Öz yolunu seç və irəli get. O zaman hər şeyə nail olacaqsan.

 

Atam konservatoriyada oxumağımı çox arzulayırdı. Hətta psixologiyadada belə bir qayda var ki, insan bir zaman sonra özünə məktub yazmalıdır. Mən də atama məktub yazmağa başladım. Düşünürəm ki, hazırkı uğurumdan sonra o məktub bitəcək.

 

"Maska" layihəsi boyu atamı və Allahı öz yanımda hiss edirdim. Sanki kimsə mənim qolumdan tutub qaldırırdı. Necə olursa-olsun, bir gün hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Hər birimizin içində bir canavar var. Sadəcə onu oyatmaq lazımdır ki, o da sizinlə birlikdə savaşsın.

 

Ağlamamaq üçün özümü güclə saxlayıram. Ümumiyyətlə, çox duyğusal insanam. İnanın ki, bu qalibiyyət mənim üçün vacib idi. Bir ara ümidsizliyə qapıldım, dedim yenə də 3-cü, 4-cü yeri tutacaqsan. Amma ədalət öz yerini tapdı".


OXŞAR XƏBƏRLƏR

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...