İbrahim Tatlısəsin nəvəsi evə buraxıldı – "Doğuşdan bir neçə saat sonra..." + FOTO

İbrahim Tatlısəsin nəvəsi evə buraxıldı –

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin nəvəsi İbrahim Ayel ürəyindən əməliyyat olunduğu xəstəxanadan evə buraxılıb.

 

Sfera.az xəbər verir ki, ötən həftələrdə əkiz körpələrini dünyaya gətirən Yasemin Şefkatlı və İdo Tatlısəs ürək xəstəliyindən əziyyət çəkən körpələri İbrahim Ayelin sağlamlıq durumu ilə bağlı məlumat verib.

 

Əkiz övladlarından biri olan İbrahim Ayel, ürəyində problem olduğu üçün doğuşdan bir neçə saat sonra əməliyyat olunub. Onlar övladlarının yaxşı olduqlarını bildiriblər.

 

Xatırladaq ki, İdo Tatlısəs və Yasemin Şefkatlı 2023-cü ilin iyul ayında əkiz uşaq dünyaya gətirəcəklərini açıqlayıblar.

 

Asya


OXŞAR XƏBƏRLƏR