Bredli Kuper Gigi Hadidlə sevgili olduqlarını təsdiqlədi - FOTO

Bredli Kuper Gigi Hadidlə sevgili olduqlarını təsdiqlədi - FOTO

28 yaşlı amerikalı model Gigi Hadid və 49 yaşlı aktyor Bredli Kuper günlərdir romantik münasibət şaiyələri fonunda Londonda əl-ələ gəzərkən görüntüləniblər.


Sfera.az bildirir ki, cütlük dəfələrlə birlikdə görüntülənsə də, ilk dəfədir ki, münasibətlərini açıq şəkildə nümayiş etdirmək üçün jest edirlər. Ulduzlar Londona gəzintiyə çıxıblar.


Onlar romantik gəzinti zamanı nəhayət ki, münasibətlərini təsdiqləyib.


Fələstin əsilli supermodel boş bej şalvar, tünd qəhvəyi rəngli dəri bomber gödəkçə və qara loafers geyinib. O, görünüşü kiçik qara çanta, gün eynəyi və qızıl sırğalarla tamamlayıb. O, saçlarını səliqəli topuzla yığıb.
 

Kuper isə cüt cibli qara palto, kamuflyaj şalvar, “Nike” idman ayaqqabısı və qara şərfdə olub. Aktyor görünüşünü günəş eynəyi ilə tamamlayıb və mavi damalı papaq ilə özünə bir az da xarizma əlavə edib.


Qeyd edək ki, ilk dəfə 2023-cü ilin oktyabrında cütlüyün münasibətləri olması haqqında şaiyələr dolaşmağa başlayıb.
 

Son bir ildə Gigi Hadidin Leonardo DiCaprio ilə münasibəti olduğu haqda da xəbərlər yayılmışdı. Xatırladaq ki, Giginin Zeyn Malikdən üç yaşlı Hay adlı qızı var.
 

Bredli Kuperin isə model İrina Şeykdən Liya adlı bir qızı var.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Trampın təzyiqi müharibəni sonlandırmayacaq"- Çin rəsmisi

Pekin ABŞ-nin Rusiya əleyhinə tətbiq etdiyi sanksiyaların Ukrayna münaqişəsinin həllinə töhfə vermədiyini bəyan edib.    Sfera.az xarici KİV-ə i...

Prezident: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir

Prezident İlham Əliyev Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.   Sfera.az...

Dünyanın ən etibarlı avtomobil markaları - Adlar

Qlobal markaların gücünü və dəyərini qiymətləndirən araşdırma şirkəti "Branddirectory" dünyanın ən etibarlı səkkiz avtomobil markasının adını açıqlanı...

Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? - RƏY

Donald Tramp ABŞ-nin Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcəyini elan edib, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiya...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.   Sfera.az məktubun mətnini təqdim edir: &...