“Sevgini maddiyyatla ölçürəm və..." - Vəfa Şərifova

“Sevgini maddiyyatla ölçürəm və...

Müğənni Vəfa Şərifova qonaq olduğu “Xəbərin var?” verilişində maraqlı açıqlama verib.

 

Sfera.az xəbər verir ki, o sevgini maddiyyatla ölçdüyünü deyib.

 

"Sevgini maddiyyatla ölçmək lazımdır, bəylərin quru sözünə aldanmaq olmaz. Xanım bir bəydən hədiyyə ilə dəyərini ölçməlidir. Bəzi xanımların 2-3 ildir sevgilisi var, adamın 10 dənə evi var, amma kirayə evdə yaşayır. Burada hansı sevgidən söhbət gedə bilər? -  o bildirib.

 

Onun sözlərinə görə, kişilərin sözlərinə şübhə ilə yanaşır. 

 

"Şübhə ilə yanaşmaq lazımdır. Kişinin sevgisini ölçmək üçün hər zaman madiyyat lazımdır. Öncə sınağımdan bir bəy madiyyatla keçir. Pul çox vacibdir. Məni gül və ətirlə aldatmaq mümkün deyil. Hələ söz heç. Ən azı brilliant olmalıdır. Pul çox axmaq şeydir. Pul insanda xoşbəxtlik hormonunu oyadır. Pul hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir”, - o vurğulayıb. 

 

Bir müddət əvvəl müğənni Vəfa Şərifovanın həyat yoldaşı, iş adamı Famil Xəlilovdan küsmüşdü. Əri Vəfanın bağışlaması üçün ona həm Bakıda, həm də Dubayda mənzil almışdı. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...