"Mənim yaşımda, hətta məndən balaca qızlarla..." - Aktrisa atası haqqında DANIŞDI

Mehmet Ali Erbilin qızı Jasmin Erbil Oya Çınarın YouTube kanalında yayımlanan “Oyalamaca” verilişində qonaq olub. Jasmin Erbil proqramda atası haqqında danışıb.

 

Sfera.az xəbər verir ki, o, atasından sevgi görmədiyini və Mehmet Ali Erbilin yaxşı ata olmadığını bildirib.

 

“Onun gənc qızlarla birlikdə olması məni incidir və buna dözə bilmirəm. Mənim yaşımda, hətta məndən balaca qızlarla münasibət qurması mənə pis təsir edir”.

 

Qeyd edək ki, Jasmin Erbil “Survivor”da yarışan Yiğit Poyraz ilə eşq yaşayır. Jasmin məşhur şoumenin ikinci evliliyindən olan qızıdır. Jasminin anası Nərgiz Kumbasar isə məşhur aktrisa və aparıcıdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR