İbrahim Tatlısəs 6-cı dəfə evlənir - Bu dəfə "sağ qolu" ilə

İbrahim Tatlısəs 6-cı dəfə evlənir - Bu dəfə

Ən yaxın dostu olan Aydemir Akbaş İbrahim Tatlısəsin 6-cı dəfə evlənməyə hazırlaşdığını deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "İkinci Şans”ın qalasında iştirak edən İbrahim Tatlısəsin 35 illik dostu Aydemir Akbaşı jurnalistlərə verdiyi açıqlamada nikah şahidi olacağını bildirib.

"İbrahim bu yaxınlarda evlənəcək. Mən də nikah şahidləri olacağam. İbrahim heç olmadığı qədər xoşbəxtdir. Onu belə görmək gözəldir", - deyə o bildirib.

İbrahim Tatlısəsin geridə qalan evlilikləri belə olub: 

Tatlısəs ilk dəfə Urfada Ədalət Durak ilə evlənib. Cütlüyün bu nikahdan üç uşağı var.

1979-ci ildə "Qara Yazma” filmində tanış olduğu Perihan Savaş ilə ailə qurub. İmperatorun aktrisa ilə evliliyindən Mələk Zübeydə adında bir qız var.

1983-cü ildə "Günah” filmini çəkərkən tanış olduğu Dərya Dunaydan isə ifaçının daha bir oğlu (İdo) dünyaya gəlib.

İbrahim Tatlısəs uzun illər rəqqasə Asena ilə sevgili olub.

Tatlısəs 2011-ci ildə vurulduqdan sonra Ayşegül Yıldızla xəstəxanada evlənməyə qərar verib. Ulduzun bu nikahı da uzunömürlü ola bilmir, cütlük 2013-cü ilin noyabrında boşanıb. İbrahim Tatlısəsin Ayşegül Ulduz ilə olan evliliyindən Əlif Ada adlı bir qızı var.

Hazırda isə İbrahim Tatlısəs illərdir ki, "sağ qolum” dediyi köməkçisi Damla Buket Çakıcı ilə evlənməyə hazırlaşır.

 


OXŞAR XƏBƏRLƏR

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...

Zaxarova: "XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir"

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xari...