Miri Yusifin yeni mahnısı DİQQƏT MƏRKƏZİNDƏ: “Onsuz hər gün mənə matəmdir” - VİDEO 

Miri Yusifin yeni mahnısı DİQQƏT MƏRKƏZİNDƏ: “Onsuz hər gün mənə matəmdir” - VİDEO 

Xalq artisti Miri Yusif yeni mahnısını təqdim edib.

 

Sfera.az bildirir ki, sənətçi reper Saybu ilə səsləndirdiyi “Adəm” adlı mahnıya klip çəkdirib. Ekran işi Xalq artistinin “Youtube” kanalında paylaşılıb. İlin ilk böyük proyektlərindən birini reallaşdıran ifaçının yeni mahnısı həm də dinləyicinin diqqətini çəkib.

 

Belə ki, mahnının “Onsuz hər gün mənə matəmdir” hissəsi müzakirə obyekti olub.

 

Qeyd edilib ki, mahnının sözlərinin müəllifi reper Saybu, klipin rejissoru isə Əli Fərhaddır. Klip həmçinin, Adəm, Həvva, İblis hekayəsindən ilhamlanaraq çəkilib. Burada “ilan” və “alma” kimi atributlardan istifadə edilib. Sözügedən detallar da tamaşaçı tərəfindən böyük marağa səbəb olub.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR