“Artıq yorulmuşam” - Selena Qomez 

“Artıq yorulmuşam” - Selena Qomez 

31 yaşlı amerikalı müğənni Selena Qomez musiqidən tamamilə uzaqlaşmağı düşünür. Lakin bundan əvvəl daha bir albom çıxarmaq niyyətindədir.


Sfera.az bildirir ki, o, yorğun olduğunu etiraf edib.


"Mən ilk vaxtlar musiqiyə əyləncə kimi baxırdım. Daha sonra qastrollar, konsertlər, ziyafətlər -hamısı, həqiqətən, əyləncəli idi. Ancaq mən eyni vaxtda öz televiziya şoumda çıxış edirdim (“Vaverlinin sehrbazları”) və indi də bu işimdən çox zövq alıram”.


Müğənni son bir albom çıxaracağını və daha sonra diqqətini aktyorluğa yönəldəcəyini etiraf edib:


"Yorğun olduğum üçün dincəlmək istəyirəm".

 

Qeyd edək ki, ilk dəfə 2013-cü ildə solo layihəsinə “Stars Dance”la başlayan Selena Qomez, o vaxtdan bəri üç albom buraxıb.O, müğənnilik fəaliyyəti ilə yanaşı, bir neçə televiziya şousunda və filmlərdə rol alıb.Musiqi karyerasındakı uğuruna baxmayaraq, Qomez 2016-cı ildə “Revival” turundan bəri qastrollara getmir. Xatırladaq ki, məhz bu tur ərəfəsində ona lupus diaqnozu qoyulub. Psixi problemləri səbəbilə müğənni qastrol səfərini yarıda kəsib.

 

Selena hal-hazırda məşhur “Eyni binada qətllər” serialında çəkilir. Bundan əlavə, o, “Rare” kosmetika brendinin sahibidir. Selena Beyons, Cennifer Lopez, Rihannadan sonra iş qadını kimi tanınan müğənnilərdəndir.


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...