"Səhhəti ilə bağlı hər şey əladır, növbəti konserti..." - Aygün Bəylər ilə bağlı AÇIQLAMA

Əməkdar artist Aygün Bəylər dekabrın 26-da Heydər Əliyev Sarayında konsert verib. Bir müddətdir, müalicə alan sənətçinin yorğun halı diqqətdən yayınmayıb.

 

Sfera.az Aygün Bəylərin səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün özü ilə əlaqə saxlamağa çalışdı, lakin zəngimizi adını vermək istəməyən bir yaxını açdı. 

 

Əməkdar artistin yaxını konsertin problemsiz keçdiyini bildirdi, növbəti konsertlə bağlı sualı isə belə cavablandırdı:

 

“Aygün xanımın səhhətində konsert səbəbindən heç bir narahatlıq yaranmayıb. Hər şey əla idi. Yeni konsert gözlənilir, ancaq dəqiq vaxt müəyyənləşdirilməyib”.

 

Qeyd edək ki, konsertdə Əməkdar artisti dinləməyə gələnlər arasında qızı Canan, Azərbaycan Respublikasının Xalq artisti, məşhur kamança ifaçısı Ağacəbrayıl Abasəliyev, Xalq artisti Həmidə Ömərova, müğənni Nigar Camal da olub.

 

Sənətçi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertdə özünün "Mehribani" simfonik muğamını Cadenza orkestrinin müşayiəti ilə təqdim edib. Gecədən yığılan vəsait "YAŞAT" Fonduna bağışlanacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliy...

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...