Hiss pərəstişkarlarını SEVİNDİRDİ: Bir günə çəkilən klip... - VİDEO 

Hiss pərəstişkarlarını SEVİNDİRDİ: Bir günə çəkilən klip... - VİDEO 

2023-cü ilin bitməsinə sayılı günlər qala müğənni Hiss yenidən pərəstişkarlarını sevindirmək qərarına gəlib.

 

Sfera.az xəbər verir, sənətçi söz və musiqisi Əli Türkoğluna məxsus olan "Etiraf" adlı mahnısını və ona çəkilən klipini təqdim edib. Ekran işinin rejissor işini Ruslan Cəfər edib. Çəkiliş üçün yaradıcı heyət Astaranın Sım kəndinə üz tutub.

 

"Bir müddət öncə Sım kəndində olmuşdum. Düşündüm ki, bu gözəlliyi mənimlə yanaşı sevənlərimin də görmək haqqıdır. Bir günə çəkilən klipdə iki sevən insanın, bir-birinə olan sevgi etirafını ekranlaşdırmağa çalışmışıq. Bu, 2023-ci ildə olan son işim və məni dinləyənlərə Yeni il hədiyyəsi olsun" - deyə, Hiss qeyd edib.

 

Sənətçi 2024-cü ilə olan planlarından da söz açıb: “2023-cü ildə 8 aylıq qısa bir fasilə verdim. Amma o ərəfədə də boş oturmadım. Yeni mahnılar axtarışında idim. Bunun nəticəsidir ki, yayımladığım treklərdə yenilənmiş Hiss var idi. Bununla da kifayətlənmək fikrim yoxdur. Çünki qarşıda planlaşdırdığımız çox işlər var. 2024-cü il Əjdaha ilinə əjdaha kimi də hitlər gəlir. Çünki bunu məndən nəinki fanatlarım, eyni zamanda həmkarlarım da gözləyir".

 

Qeyd edək ki, "Etiraf" bütün musiqi platformalarında, klip isə "Youtube"da yayımlanıb.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR