"Klarnet ifaçılarının ulduzu mənəm, amma..."

"Bir çox verilişlərdə məni aparıcılar təqdim edərkən deyirlər ki, Azərbaycanın bir nömrəli klarbet ifaçısı Hüseyn Məhəmmədoğlu. Həmin an onları saxlamışam. Demişəm ki, belə təqdim etməyin. Bir nömrə deyiləm, böyük sənətkarlarımız var, onlardan ayıbdır".

 

Sfera.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Xəzər axşamı" verilişində deyib. O, aparıcıların həmkarlarını bu cür təqdim edilməsini düzgün hesab etmədiyini bildirib:

 

"Buradan həmin o aparıcı və klarnet ifaçılarına demək istyəirəm ki, belə şeylərlə razılaşmayın. Bu yaxınlarda da bir klarnet ifaçısını Azərbaycanın bir nömrəli klarnet ifaçısı kimi təqdim etdilər. Tamam, məndən yaxşı ola bilərsən. Mən onsuz da özümü ən yaxşı hesab etmirəm. Xalq bunu bilir, mənə bu bəs edir. Amma ki, ayıbdır. Hakim Abdullayev, Qulammirzə Mirzəyev, Vaqif Mirzəyev kimi bir çox böyük sənətkarlar var. Sizi belə təqdim edəndə razılaşmayın. 

 

Klarnet ifaçılarının ulduzu kimi məni təqdim etsələr, razılaşaram. Çünki onlar arasında ən populyarı mənəm, təkcə Azərbaycanda yox, digər ölkələrdə də... Amma bir nömrə mən deyiləm. Onlar Hakim Abdullayev, rəhmətlik Zahid Abdullayevdir".


OXŞAR XƏBƏRLƏR

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...

Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburqda saxlanılan azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.   Sfera.az xəbər verir ki, 2001, 2010 və 2011-ci...