\"4 ildir susmağımın səbəbi bu idi\"

\

Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaşanan məhkəmədən bəhs edib.

 

Sfera.az xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə X.Hidayətqızı Ayseldən üzr istəməli, dediklərini təkzib etməli və 2 min manat təzminat ödəməlidir. Aysel bu günə kimi məsələ ilə bağlı danışmamasının səbəbini açıqlayıb:

 

“4 il yarımdır ki, proses davam edir. Bu, təkcə mənim qalibiyyətim deyil. Haqqımda verilimiş qərar, dövlətin qanunlarının həqiqətən keçərli olmasının sübutu və hər kəsin hüququnu müdafiə etməsinin təminatıdır. Bu günə kimi susdum, yüz söz dedilər, şərhlər yazdılar. Yazdılar ki, niyə cavab vermirsən, demək doğrudur. Susmağımın səbəbi budur. Heç kimlə deyişmirəm, artıq-əskik cavab vermirəm, məsələni qanunla həll edirəm. Haqqımda yazılan təhqirlərə cavab verməyə nə tərbiyəm, nə səviyəm icazə verir. Dünyada ağ, qara, pis, yaxşı deyilən anlayış var. Düşüncəsi pis və ya yaxşı olan insanlar var. Normaldır, normal da qarşılayıram. Şantajlı şərhlər yazırlar. Camaat sevir məhkəmələrdə olsun, sürünsün. Qanun qarşısında aciz qalıb, şantajlara keçmək…”.

 

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm…” kimi fikirlər səsləndirib.

 

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. Ötən gün Ali Məhkəmənin qərarı çıxıb. Qərara əsasən X.Hidayətqızı Ayseldən üzr istəməli, 2 min manat təzminat ödəməlidir.//Axşam.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...