Xoşqədəmdən qalmaqallı video ilə bağlı ilk açıqlama - VİDEO

Xoşqədəmdən qalmaqallı video ilə bağlı ilk açıqlama - VİDEO
Bu gün "Meydan TV" tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının şok videsonu yayıb.
 Sfera.az xəbər verir ki, videoda aparıcının reytinq xatirinə ona müraciət edən insanların sözlərini təhrif etdiyi görüntülənib.
 
Efirə getməyən bu görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb, minlərlə insan aparıcını qınayan şərhlər yazıb. 
 
Videoda daha bir diqqətçəkən məqam isə həkimin yaşlı kişini yatızdırmaq üçün ona dərman verməyi təklif etməsidir.
 
Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı isə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib: "Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm. Onu da qeyd edim ki, mən işdən ayrılanda da qeyd etmişdim ki, ola bilər şantaj xarakterli videolar yayımlansın".
 
Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR