“Atası deyil, atalığıdır, adamları aldadır..." – Nura Suri nələri ETİRAF ETDİ?

“Atası deyil, atalığıdır, adamları aldadır...

Tanınmış müğənni valideynləri ilə bağlı şərh yazanları tənqid edib.

 

Sfera.az xəbər verir ki, tanınmış müğənni Nura Suri ötən gün  ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı anası Firəngiz Səttarovanın mərhum prezidentlə fotosunu paylaşaraq bu sözləri qeyd edib: “Valideynlərimə ayırdığı diqqət və hörməti unutmadıq. Anam nəvəsinə Heydər adı qoydu”.

 

Daha sonra sənətçinin valideynləri haqqında məlumatlar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, ifaçının valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Anası Firəngiz Səttarova  Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir. Atası Xanlar Səttarov isə Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

 

Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.

 

Bəzi istifadəçilər paylaşımın şərh bölümündə Xanlar Səttarovun Nura Surinin doğma atası olmadığını qeyd edərək, onu tənqid ediblər. Bundan sonra müğənni məsələ ilə bağlı öz Feysbuk səhifəsində paylaşım edib.

 

O, valideyinlərinin boşanması və yenidən ailə qurmaları ilə bağlı yazılanlara aydınlıq gətirib:

 

“Mən valideyinlərimin boşandığını və hər ikisinin də yenidən ailə qurduğunu heç vaxt gizlətməmişəm. Doğma atamla danışmıram, uzun illərdir. Səbəbini də gizlətməmişəm heç (daha əvvəl müsahibələrimdə demişəm hər şeyi). Bakıda böyümüşəm, oxumuşam, ailə qurmuşam sonra köçüb xaricdə yaşamışam.

 

Valideyinlərim deyəndə, məni böyüdən və uşaqlarıma babalıq edən atalığımı nəzərdə tuturam və elə ona da “ata” deyirəm. Çünki ata və baba deyilməyə layiq insandır. Dünən 80 yaşlı insan səhərdən axşama kimi Davidin (oğlumun) bütün işləri ilə özü məşğul olub. Onu hərbi komissarlığa komissiyaya şəxsən özü aparıb gətirib. Onunla bütün ailəmiz fəxr edir. Hər kəsin nəslində Xanlar Səttarov kimi insanlar olsa, dünya başqa cür olardı.

 

Bəziləri şərhlərdə “atası deyil atalığıdır, insanları aldatmayın” “onlar qəhrəman deyil” və sair kimi şərhlər yazıblar. Bəli, düz deyirsiniz, sizin kimilər üçün onlar qəhrəman deyil, sizin qəhrəmanlarınız Tiktok-da ağzına gələni danışanlardır. Onlar düzgün və savadlı insanlar üçün qəhrəmandırlar”.

 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf D...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İ...