\"Himni özüm bilə-bilə səhv oxumuşam\" - Elza Seyidcahan

\
Bir neçə gündür ki, sosial medianın gündəmindən düşməyən məsələlərdən biri də əməkdar artist Elza Seyidcahanın Bayraq günündə himnimizin sözlərini səhv oxumasıdır. Bununla bağlı ilk dəfə BiG.AZ -a açıqlama verən ifaçının fikirlərini sizə təqdim edirik:

"Bu himni səhv oxuyanlara mesaj idi. Elzanın bir səhvi böyük bir layihədir. Məhz 9 noyabr Bayraq bayramında Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzində bu fikri həyata keçirtdik. Şüar budur: "Himnimizi əzbərləyək". İllərdir bütün dünyada düz oxuyuram. Niyə gənclər bunu yazmırlar? Ancaq doğrudan himnimizi çoxları bilmirlər. Ona görə də hər zaman olduğu kimi Elza Seyidcahan və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin bu layihəsi bütün dünya azərbaycanlılarını bir balaca yaxşı mənada silkələdi. Himnimizi bilirikmi? Qəlbində xoş niyyəti olan insanlar bu layihəni alqışlayırlar. Pis, qara niyyətli insanların mənə atılan daşları qəmbərə dönüb qayıdır özlərinə. Məndə qüsur tapıb qırmızı işıq yandıranlara bir sualım var. Heç olmasa sizin tutduğunuz əməllərinizdə bir yaşıl işıq yanır? Qırmızıdan alışıb yanında elə yer qoyun ki, yanğınızı söndürməyə bir qaşıq su tapa biləsiniz. Elza Seyidcahan himni həm əla oxuya bilir, həm puanında əla ifa edir və vətənpərvər himnlər bəstələyir. "Gedək himnimizi əzbərləyək. Elza Seyidcahanın belə uğurlu layihəsi olmamışdır. Elza alnı açıq, üzü ağ Azərbaycan qadınıdır. "


OXŞAR XƏBƏRLƏR