Adel İngiltərəyə qayıtmaq istəmədiyini açıqladı

Adel İngiltərəyə qayıtmaq istəmədiyini açıqladı

Britaniyalı müğənni Adel ABŞ-a köçüb. Daha əvvəl bunu müqabilində daha çox pul qazanmaq üçün etdiyini deyən müğənni, indi həm amerikalı ilə evlənməyə hazırlaşır, həm də Silvestr Stallonedən malikanə alıb.
 

Sfera.az bildirir ki, ingilis əsilli müğənni 2016-cı ildə Los-Ancelesə köçüb və artıq Beverli Hillsdə dəbdəbəli mülk alıb.
 

Müğənni İngiltərəyə qayıtmağa meylli olmadığını etiraf edib.
 

Amerikada 146 milyon funt sterlinq dəyərində sərvət qazanan Adel etiraf edir ki, o, hələ geri qayıtmağa hazır deyil.
 

Adel mediaya verdiyi açıqlamada bunları deyib:
 

"Mənim çox pis mövsümi depressiyam var, ona görə də ABŞ-da hava mənə tam uyğun gəlir. İngilis olduğum üçün bəzən çox şey mənə qəribə gəlir. Çünki çölə çıxmaq mənim üçün bir az çətindir. Los-Ancelesdə isə ən çox xoşuma gələn odur ki, hamı bir-birinin evinə gedib-gəlir”.


Qeyd edək ki, Adel hal-hazırda Rich Paul ilə münasibətdədir.
 

Adel həmçinin özünü aktyorluqda sınamaq istədiyini bildirib. O, filmdə çəkilərsə, xəyalında olduğu obraz və ssenarini ən sevdiyi aktyor Silvesterin yazmasını istədiyini deyib.


Adel daha əvvəl verdiyi açıqlamada pulunu daha çox qazanmaq üçün Beverly Hillsdə üç malikanəyə sərmayə qoyduğunu bildirmişdi.
 

Adel 2016-cı ildə ABŞ-a köçməyə qərar verməzdən əvvəl Londonda ev alqı-satqısı ilə məşğul olduğunu da bildirib.
 

Xatırladaq ki, Adel ötən ilin yanvarında Silvestr Stallonenin səkkiz yataq otağı, 12 vanna otağı olan evini 37,7 milyon dollar ipoteka ilə alıb.
 

Adel Silvestrlə arasında olan “atışma” haqqında da açıqlama verib. Belə ki, Silvestrin evində, hovuzun kənarında daha əvvəl 1976-cı ildə çəkilmiş filmindəki Rokki obrazının heykəli olub. Gedərkən, aktyor heykəli aparmağı planlaşdırsa da, Adel onun yanında qalmasını israr edib.


Aysel

Sfers.az
 


OXŞAR XƏBƏRLƏR