Leonid Aqutin xəstəxanaya yerləşdirildi

Leonid Aqutin xəstəxanaya yerləşdirildi

55 yaşlı rusiyalı müğənni Leonid Aqutin təcili xəstəxanaya yerləşdirilib.
 

Sfera.az xəbər verir ki, Rusiyalı sənətçi özünün səhhətindən şikayətlənib. Xəstəxanaya yerləşdirilərkən məlum olub ki, müğənni şiddətli ağrılar hiss edib.
 

Sənətçiyə daha əvvəl Moskva xəstəxanalarından birində dərin damar trombozu diaqnozu qoyulmuşdu. Leonid Aqutinin bir müddət xəstəxanada qalacağı, orada müalicə alacağı məlum olub. Sənətçinin vəziyyəti daha sonra da nəzarət altında olacaq.
 

Ötən gün sosial şəbəkə hesabında qış mənzərələrini paylaşan müğənni səssizlikdən həzz aldığını bildirib.


İlkin məlumata görə, müğənninin konsert proqramı səhhətinə görə təxirə salınacaq. Yeni il şənliklərindəki çıxışları da ləğv edilə bilər.
 

Qeyd edək ki, Leonid Aqutin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan ilk sənətçilərdən olub.
 

Aynil

 


OXŞAR XƏBƏRLƏR