Məşhur aktyorun səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi - FOTO

Məşhur aktyorun səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi - FOTO
Kateqoriya məlum deyil
T

Aktyor və müğənni Sərxan Kərəmoğlu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

 

Sfera.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirib.

 

Sərxan virusa yoluxduğunu və özünü piss hiss etdiyini vurğulayıb:

 

“Çox pis virus yayılıb. Bu xəstəlik yalnız qızılça deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim vardı. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdı. Mənə 3 gündür ki, müxtəlif “sistemlər” köçürülür. Bu müalicə isə mütləq şəkildə həkim nəzarətində olmalıdır. Əgər xəstələnmisinizsə, ağzınıza gələn müalicələr etməyin. Həkim nəzarətində olmalısınız. O bilməlidir ki, hansı mayə sizin orqanizminizə yeridilməlidir”.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR