"Təhminə rolunu mən oynamalı idim, Meral Konratın..." - Mehriban Xanlarova

"Təhminə" filmində bu obrazı mən oynamalı idim. Xalq artisti Fəxrəddin Manafovdan da maraqlana bilərsiniz. Onunla kinostudiyanın otaqlarının birində məşq də edirdik. Allah rəhmət eləsin Rasim Ocaqova. Sonra nə baş verdi bilmədim. Bir də gördüm ki, Meral Konrat... O məndən yaxşı oynayır bəyəm? Əsil Təhminə elə mən idim".

 

Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Xanlarova "Xəbərin var?" proqramında deyib. Sənətçi ekran işində rol almadığı üçün peşman olmadığını bildirib:

 

"Amma sonra fikirləşdim, yaxşı ki, filmdəki o "Tələsmə, Zaur" hissəsini mən oynamadım. Hələ də məni qınayardılar, haqqımda yazardılar. Amma bu gün elə bəh-bəhlə baxırlar ki... Çox yaxşı, əladır deyirlər. Amma Mehriban oynasaydı, gör nələr olardı. Meral Konratın ifasını da bəyənmədim.

 

Heç özüm də maraqlanmadım ki, niyə uzaqlaşdırıldım. Rasim Ocaqov şəxsən özü Şahmar Ələkbərovla söhbət etmişdi. Yəqin ki, Meralı rejissor özü dəvət etdi. İndiyə kimi bu məsələ ilə bağlı heç maraqlanmamışam".

 

Qeyd edək ki, Meral Konrat Azərbaycanda çəkilən "Təhminə" filmi ilə məşhurlaşıb.


OXŞAR XƏBƏRLƏR

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...

Qızıl ucuzlaşıb - VİDEO

Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti 3500 dollardan 3300 dollara düşüb.   Sfera.az-ın məlumatına görə, qiymət azalması yerli bazar...