Elariz oğlunun toyunu buna görə İstanbulda edib

Elariz oğlunun toyunu buna görə İstanbulda edib
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu oğlu Məmmədə İstanbulda toy edib.

 

Sənətçi "Elgizlə izlə" verilişinə zəng edərək, toy haqqında danışıb.

 

O bildirib ki, məclisə Azərbaycan ifaçılarından Arzu Rzayevi dəvət edib:

 

"Yaxın qohumlarım, dostlarımı çağırdım. Toyda Arzu Rzayev oldu. Biletini də aldım, otelinin də pulunu ödədim. Çox pulgir adamdır".

 

Elariz övladına İstanbulda toy etməsinin səbəbini açıqlayıb:

 

"Çünki oğlum İstanbulda vəkil kimi çalışır. Dost-tanışı İstanbuldadır. Türkiyədə olan bütün azərbaycanlılar ona müraciət edir. Bakıda toy etsəydim, gərək hamı ora gələrdi".

 

Qeyd edək ki, Məmməd Mehriban adlı xanımla ailə qurub. (Axşam.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR