“Pul gözümü elə tutub ki, ərimi...” - Aparıcı Çinarə + VİDEO

“Pul gözümü elə tutub ki, ərimi...” - Aparıcı Çinarə + VİDEO

"Ruslanla nişanlı olanda aramızda çox davalar olurdu. Ümumiyyətlə, nişanlı vaxtlarda söz-söhbətlər çox olur... Amma ailə qurandan sonra həyatım yaxşılığa doğru dəyişib. Ruslan məni başa düşür. Bilmirəm, yaşımız bir-birimizə uyğun oldu, başımız daşdan-daşa çox dəydi və biz həyatı dərk edəndən sonra ailə qurduq. Bəlkə də, yaşımız az olsaydı, elə olmazdı".

 

Sfera.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

 

Bu ilin iyulunda plastik və estetik cərrah Ruslan Rəsul ilə ailə quran Çinarə əri ilə münasibətlərindən danışıb: 



"İkimiz də bir-birimizin sözünə qulaq asırıq. Çünki aramızda söz-söhbət olmur, bir-birimizi başa düşürük. Ruslan səhər işə gedib, axşam saat 19:00-da evə gəlir. Mən isə 19:00-da sağollaşıb gedirəm məclisə, bir də gecə saat 00:00-da gəlirəm. Ona görə, aramızda problemlər olmur". 



Proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Çinarə, həyat yoldaşın plastik və estetik cərrahdır. Ruslanı qadınlara qısqanırsan?" sualına Çinarə "Pul mənim gözümü elə tutub ki, onu heç kimə qısqanmıram. Özümü isə tanıya bilmirəm" cavabını verib. 



Qeyd edək ki, Çinarə Əliyeva daha əvvəlki müsahibələrində bildirib ki, ailə həyatı qurandan sonra toylara getməyəcək. O, yalnız xına məclislərində aparıcılıq edəcək.


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...