Enrike İqlesias konsertdə özünü biabır etdi - VİDEO

Enrike İqlesias konsertdə özünü biabır etdi - VİDEO

İspan müğənni Enrike İqlesiasın pərəstişkarları onu konsertlərdəki qəribə davranışlarına və oxumasına görə tənqid ediblər. İnternetdə müğənninin mahnılarının sözlərini unutduğu, özünü qəribə apardığı, daha sonra isə ümumiyyətlə səhnənin ortasında uzandığı videolar durmadan yayımlanır.

 

Sfera.az bildirir ki, bütün bunlar İqlesiasın Riki Martin və Pitbulla birgə “The Trilogy Tour” çərçivəsində Şimali Amerika konsertində baş verib.

 

Paylaşılan videolardan Enrike İqlesiasın çıxış zamanı tez-tez sözləri unutduğu, notlara düşə bilmədiyi və demək olar ki, heç çıxış etmədiyi görünür. Konsertlərin birində isə müğənni ümumiyyətlə səhnənin ortasında uzanıb, onun mahnıları zalda olan qonaqlar tərəfindən oxunub. Pərəstişkarlardan biri konsertə iki bilet üçün 600 dollar ödədiyini və müğənninin mahnı oxumağını eşitmədiyini qeyd edib. Öz növbəsində müğənninin İnstaqram səhifəsində yayımladığı videoda pərəstişkarlarının onu necə sevinclə qarşıladığını göstərir.

 

Pərəstişkarlar bu paylaşıma dərhal reaksiya veriblər. "Özünün paylaşdığı videolarda da auditoriya mahnı oxuyur, bu da yöndəmsiz şəkildə rəqs edir. Heç olmasa, özün paylaşma”, "Konsertdən paylaşdığı bütün TikTok videoları bərbaddır”, "Bu oğlana yazığım gəlir. Onu narkotikin təsiri altında görmək nə qədər məyusedicidir"- deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

 

Aynil

 

 


OXŞAR XƏBƏRLƏR