Fanatı Teylor Sviftin konsertində öldü - FOTOLAR

Fanatı Teylor Sviftin konsertində öldü - FOTOLAR

Amerikalı müğənni Teylor Sviftin Braziliyanın Rio-de-Janeyro şəhərində verdiyi konsertdə bir pərəstişkarı ölüb. 23 yaşlı Anna Klar Benevidisin ürəyi istidən dayanıb.

Sfera.az xəbər verir ki, konsert zamanı mindən çox adam huşunu itirib. Mövcud vəziyyətlə əlaqədar müğənni çıxış proqramını qısaltmaq qərarına gəlib.
 

KİV-in məlumatına görə, ulduzun dünya turu “The Eras Tour” çərçivəsində stadionda çıxışından əvvəl pərəstişkarı özünü pis hiss edib.
 

“Ölümün səbəbi ürək dayanması olub”-deyə məlumatda bildirilir.
 

23 yaşlı fanat huşunu itirdikdən sonra ona stadionda kömək etməyə çalışıblar. Daha sonra fanat təcili xəstəxanaya yerləşdirilsə də, qız dünyasını dəyişib.

 

Həmin gün havanın temperaturu 40 dərəcəyə yaxın olub. Stadionda kondisioner sistemləri işə salınmayıb və yalnız tribunada olanlar su ala bilib. Svift insanlara su paylamaq üçün heyətə müraciət edib.


Teylor Svift özü də artıq İnstaqramda faciəyə münasibət bildirib. Məşhur bu vəziyyətin onu şoka saldığını və dərin hüzn yaşadığını yazıb.


"Bu sözləri yazdığıma inana bilmirəm, amma bu gün konsertdən əvvəl bir pərəstişkarımı itirdiyimi söyləmək mənə həqiqətən çox ağırdır. Ürəyim ağrıyır. Bundan nə qədər məyus olduğumu sözlə ifadə edə bilmərəm... İtkiyə görə dərindən kədərlənirəm və təəssüf hissi keçirirəm. Ailəsi və dostlarına dərin hüznlə başsağlığı verirəm. Biz bu turu Braziliyada da təşkil etmək qərarı verəndə, belə bir şeyin olacağını heç təsəvvür etməzdim" - deyə Svift yazıb.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...