Şakira xəyanət mahnısına görə "Qremmi" qazandı

Şakira xəyanət mahnısına görə

Bu il Latın Amerikası musiqi dünyasının ən nüfuzlu mükafatı “Grammy” (“Qremmi”) mükafatlarının təqdimetmə mərasimi ilk dəfə ABŞ-dan kənarda keçirilib.
 

Sfera.az bildirir ki, İspaniyanın Seviliya şəhərində keçirilən mükafatlandırma mərasiminin qalibi Şakira olub. Ümumilikdə, populyar müğənni 24-cü Latın “Grammy” Mükafatlarında üç mükafat alıb.

Şakira keçmiş sevgilisi, ispaniyalı futbolçu Pikenin xəyanətinə həsr etdiyi "Bzrp Music Sessions, Vol. 53" kompozisiyasına görə "İlin mahnısı"ndan əlavə iki mükafat qazanıb.

"Mən bu mükafatı övladlarım - Milan və Saşaya həsr etmək istəyirəm. Onlara söz vermişdim ki, anaları çox xoşbəxt olacaq. Bir dostumun da dediyi kimi, bir müddət sonra keçmişdən heç nə xatırlamırıq, yalnız irəliyə baxırıq”- deyə müğənni bildirib.
 

Gecənin digər böyük mükafatı da başqa kolumbiyalı sənətçiyə verilib.
 

İlin ən yaxşı albomu Karol G-nin "Mañana será bonito" ("Sabah yaxşı olacaq") olub.

 

Şakira səhnəyə “Dolce & Gabbana”dan hündür yarıqlı korset və Bakirə Məryəmin təsviri olan möhtəşəm qızılı libasda çıxıb. O, iki övladına həsr etdiyi mahnını ifa edib.

 

Şakiranın çıxışı zamanı övladlarının əvvəlcədən lentə alınmış videoları yayımlanıb. Bu, Pikedən mübahisəli şəkildə ayrıldıqdan sonra Şakiranın ən emosional performansı olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR