Oxumasına icazə verilmədi, atasından buna görə qaçdı... - Məşhur aktrisanın ACI HƏYATI

Oxumasına icazə verilmədi, atasından buna görə qaçdı... - Məşhur aktrisanın ACI HƏYATI

Türkiyənin məşhur “Yalı çapkını” serialında "Hattuç hala" obrazını canlandıran ustad aktrisa Şerif Sezerin acı hekayəsi ortaya çıxıb.

 

Həyatı maraqla qarşılanan və araşdırılan aktrisanın həyat hekayəsi eşidənləri kədərləndirib.

 

Sfera.az Haber Global-a istinadən xəbər evrir ki, əslən Bursadan olan Şerif Sezer zeytunçuluqla məşğul olan bir ailənin böyük övladı olaraq dünyaya gəlib. Sezer difteriyaya tutulmuş əkiz bacısını gənc yaşlarında itirib.

 

8 yaşında olduğu zaman valideynləri boşanıb və Şerif Sezer atası ilə yaşamağa davam edib. Başqa şəhərdə məskunlaşan anasının yanına gedə bilməyib və anasız böyüməli olub.

 

Kiçik yaşda teatrla tanış olan Şerif Sezer oxumaq istəsə də, ailəsindən razılıq ala bilməyib. Evləndiriləcəyini eşitdiyi zaman isə məşhur aktrisa çarəni evdən qaçmaqda tapıb. Ankarada yaşayan anası ilə əlaqə saxlayıb və şəxsiyyət vəsiqəsini də götürərək evi tərk edib.

 

Şerif Sezer bütün təzyiqlərə baxmayaraq, Ankara Dövlət Teatrına girməyə haqq qazanıb. Teatr təhsili dönəmində siyasi elmlər fakültəsindən bir gənclə ailə qurub və həyat yoldaşının işi ilə əlaqədar Parisə köçməli olub.

 

Lakin başqa ölkədə yaşaya bilməyən aktrisa Türkiyəyə qayıdıb və bir neçə ildən sonra Azmi Arna adlı filosofla ailə həyatı qurub.

 

79 yaşlı Şerif Sezerin qızı da özü kimi aktrisadır.

 

Mənbə: Haber Global


OXŞAR XƏBƏRLƏR

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...