Nadirdən televiziyaları tənqid edənlərə cavab
Kateqoriya məlum deyil
T
"Bu gün tamaşaçılar televiziyaları tənqid edirlər ki, niyə ucuz, yüngül xarakterli verilişlərə qaçırsınız. Əvvəl mən də aparıcıları, televiziyaçıları qınayırdım. Dedilər ki, Nadir müəllim, tamaşaçı buna baxır, reytinqi bu verir. O həm baxır, həm də qınayır".
Sfera.az xəbər verir ki, bu sözləri "Xəbərin var" proqramında müğənni Nadir Qafarzadə deyib. O, kanalların tamaşaçı zövqünə görə formalaşdığını bildirib:
"Bu səbəbdən oxucu, tamaşaçı nəyi istəyirsə, kanallar onu təqdim edirlər. Baxmaq istəmirsənsə, əlinin altında pult var. Tək Azərbaycan yox, rus və türk kanalları da mövcuddur. Xoşuna gəlmirsə, çevir".






