Əməkdar artist süni tənəffüs aparatına qoşulub?

11:25 / 29.10.2023
3605
Əməkdar artist Aygün Bəylər haqqında yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az olay-a istinadən xəbər verir ki, Əməkdar artist süni tənəffüs aparatına qoşulması ilə bağlı məlumatın dezinformasiya və təxribat xarakterli olduğunu vurğulayıb:
"Səhhətimlə bağlı yayılan xəbərlərin hamısı yalan və təxribatdır. Xahiş edirəm, yayılan yalanlara inanmayın".
Aygün Bəylər solo konsertə hazırlaşdığını da qeyd edib.