Süni intellekt vasitəsilə əfsanəvi “The Beatles”in mahnısı hazırlandı 

Süni intellekt vasitəsilə əfsanəvi “The Beatles”in mahnısı hazırlandı 

Süni intellekt vasitəsilə əfsanəvi “The Beatles” qrupunun mahnısı hazırlanıb .

 

Sfera.az "The Guardian"a istinadən xəbər verir ki, əfsanəvi qrupun nümayəndələri Lennonun demo lenti əsasında hazırlanmış və süni intellekt texnologiyaları ilə zənginləşdirilmiş “Now and then” trekinin buraxıldığını elan ediblər.

 

Bu əlamətdar buraxılış noyabrın 2-nə planlaşdırılır. "The Beatles Red" və "Blue" albomlarının son təkrar buraxılışı isə noyabrın 10-na nəzərdə tutulub.

 

İllərdir saxta (sahibinin yaymaq hüququ olmayan səs yazısı) kimi tirajlanan mahnının öz sürreal tarixçəsi var. Makkartni və Starra görə, Lennonun səsini təkrarlamaq emosional bir proses idi və səsyazma zamanı səsin yenidən otağa yayıldığı hiss olunurdu. Qeyd edək ki, əvvəlcə sevgi mahnısı kimi yazılmış “Now and then” (“İndi və sonra") qrupun müxtəlif musiqi yaradıcılığında inciyə çevrilib.

 


“Beatles” 1990-cı illərin ortalarında bəstə üzərində işləməyə başlasa da, səsyazma keyfiyyətinin aşağı olması səbəbindən sözləri yaxşı anlaşılmayıb. Makkartni “Beatles” qrupunun aparıcı gitaraçısı Corc Harrisonun bu mahnını “cəfəngiyyat” adlandırdığını bildirib. Harrison mahnı üzərində işləməkdən imtina etdiyi üçün səsyazma yarımçıq dayandırılıb.

 

Mahnının yaradılması prosesi rejissor Piter Ceksonun komandası tərəfindən “Beatles” ə həsr olunan “Come Back” sənədli filmi üçün hazırlanmış yeni proqram təminatı sayəsində mümkün olub. Süni intellekt sayəsində köhnə mono yazılardan səsləri və vokalları ayırmaq mümkün olub və bu eksklüziv mahnı yenidən canlandırılıb.

 

Texnologiya yeniliyinin köməyi və Paul Makkartni , Rinqo Starrın səyləri ilə "Now and then" müasir imkanların keçmişdən gələn musiqi şedevrlərini canlandıra biləcəyinin əyani sübutu oldu. Mahnının təqdimatı yaradıcılıq prosesinin bütün ən maraqlı məqamlarını üzə çıxaran sənədli filmlə müşayiət olunacaq.

 

Premyera  noyabrın 1-nə planlaşdırılıb.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...