Ancelina Coli “Atelier Jolie” adlı qalereya açacaq - FOTOLAR

Ancelina Coli “Atelier Jolie” adlı qalereya açacaq - FOTOLAR

“57 Great Jones Street” Nyu-Yorkun mərkəzindəki sənət həvəskarları arasında müqəddəs bir yer kimi tanınır. İki mərtəbəli binanı 1970-ci ildə “Andy Warhol” satın aldı, ikinci mərtəbəni on il sonra dostu “Jean-Michel Basquiat”a icarəyə vermişdi. 

 

Sfera.az “Vogue”a istinadən xəbər verir ki, Ancelina Coli Atlantadakı “Spelman” Kollecində tələbə olan 18 yaşlı böyük qızı Zahara ilə şəhərin mərkəzində pərakəndə satış yerləri axtararkən bu yerə rast gəlib.

 

Ancelina elə qapıdan içəri keçdikləri anda axtarışın bitdiyini anlayıb:

 

"Mən çox impulsiv ola bilərəm, amma Zahara çox qətiyyətlidir. O razılaşanda hiss etdim ki, ikimiz də qərarlıyıq".

 

Artıq noyabr ayında aktyor, rejissor və BMT-nin Qaçqınlar üzrə Agentliyinin keçmiş xoşməramlı səfiri və xüsusi elçisi Ancelina Coli bu məkanda “Atelier Jolie”nin açılışını edəcək.

 

O, buranı əməkdaşlıq məkanı, yerli sənətkarlar üçün qalereya sahəsi və qaçqın təşkilatları ilə birgə fəaliyyət göstərən kafe ilə dərzilik və təkmilləşdirmə xidmətlərini birləşdirən bir növ mədəniyyət mərkəzi – görüşlər – dizayn emalatxanası kimi təsəvvür edir. 


Ancelina modelyer olmaq istəmədiyini və həvəskarların sahədə inkişaf etməsi üçün bir ev tikmək istədiyini bildirib. 

 

Qapının üstündə Colinin oğlu 19 yaşlı Paks-ın ağ sprey boya ilə çəkdiyi Atelier Jolie loqosu ilə işlənmiş boş bir kətan diqqət çəkir. 

 

Altı uşaq anası olaraq Coli bu kimi böyük səyləri bütün ailə üçün bir layihə hesab edir:

 

“Ana olanda 26 yaşım var idi. Bütün həyatım dəyişdi. Uşaqlarımın olması məni xilas etdi və mənə bu dünyada fərqli olmağı öyrətdi. Düşünürəm ki, onlar üçün yaşayıram, yoxsa qaranlıq bir şəkildə batacaqdım”.

 


O, özü üçün alış-veriş etməyi və məşhur stilistlərdən çox dərzilərlə işləməyi üstün tutduğunu da vurğulayıb:

 

"Şkafımda paltardan daha çox kitab var. Mən paltarı həyatımın mərkəzinə qoyacaq dərəcədə sevən biri deyiləm”.

 

Eyni zamanda, Coli özünü dəbli görmədiyini də deyib:

 

“Dəb ilə məşğul olmağımız mənə bir qədər gülməli gəlir. Məncə, heç birimiz həddindən artıq “dəbli” deyilik. Paltarılarımız sadəcə bizim bir hissəmizdir. Mən uşaqlarıma necə geyinmək lazım olduğunu demirəm. Onlar balaca olanda belə, mən sadəcə onların qarşısına paltarıları qoyurdum, özləri seçirdilər. Eyni şey ictimai çıxışlara da aiddir. Heç kim istəmirsə heç yerə getməli deyil, geyinmək istəmirsə, məcbur deyil”. 

 

Nahar vaxtı Colinin sürücüsü zəng edərək Pax ilə görüşə gecikdiklərini bildirir. Coli Hearst ilə qucaqlaşıb sağollaşırlar.

 

Coli qız rəfiqələri olan biri olmadığını ona görə də bu tanışlığın onun üçün maraqlı bir hadisə olduğunu da bildirir.

 

Ertəsi gün səhər Enni Leibovitz ilə Bruklindəki bir fotostudiyada Colinin azad ruhlu və üsyankar tərəfinin görüntüləri görünür.

 

 

 

Atelyenin təsisçisi qərara gəldi ki, çəkiliş üçün xüsusi olaraq tikdirdiyi ağ paltar çox sadədir. Onun çatışmayan cəhəti şəxsi toxunuşdur, bəlkə də qraffitidir. Hər əlində bir şüşə isti çəhrayı sprey boya tutur və işə başlayır…

 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...