Şakiranın keçmiş sevgilisi çuxura düşdü - VİDEO

Şakiranın keçmiş sevgilisi çuxura düşdü - VİDEO

İspaniyalı futbolçu Pike iki metrlik çuxura düşüb. Video internetdə sürətlə yayılaraq, viral olub.

Sfera.az bildirir ki, müğənni Şakiranın keçmiş sevgilisi Meksikanın paytaxtı Mexikoda keçirilən “Kings League Americas” (“Krallar Liqası”) turnirinin açılışında iştirak edib. Bu zaman o, səhnənin yaxınlığındakı çuxura düşüb. Futbolçu tədbirin rəsmi hissəsi bitdikdən sonra avtoqraf istəyən pərəstişkarına tərəf gedib.
 

Yolda telefondakı səsli mesajı diqqətlə dinləyən futbolçu təhlükəni hiss etməyib və iki metrlik çuxura düşüb.
 

Qeyd edək ki, “Krallar Liqası” idmançının 2022-ci ildə Barselonada əsasını qoyduğu, lakin hazırda Şimali Amerikaya köçürməyə çalışdığı turnirdir.


Sosial media istifadəçiləri Pikenin keçmiş sevgilisi Şakiranı gördüyü üçün yıxıldığına dair zarafatlar edib. Qeyd edək ki, Şakira və Pike cütlüyü 2022-ci ildə futbolçunun müğənniyə Klara Çia Marti ilə xəyanət etməsi səbəbindən ayrılıb.
 

İctimaiyyət qarşısında yıxıldıqdan bir müddət sonra futbolçu bunu “sehrli hiylə” adlandırıb.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...