Model Elgizin pulunu alıb qaçdı - Sonuncu dəfə ona 250 min manat pul...

Model Elgizin pulunu alıb qaçdı - Sonuncu dəfə ona 250 min manat pul...

Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.

 

Sfera.az axşam.az-a istinadən bildirir ki, aparıcı Elgiz Əkbər proqramına qatılan qadına kömək üçün Təhminəni tapıb efirə gətirib. O, Təhminəni reabilitasiya mərkəzinə yollayaraq, sağalmasına çalışıb. Elgiz "Elgizlə izlə" verilişində bildirib ki, Təhminə onu aldadaraq pul alıb və qaçıb:

 

"İngilis həyat yoldaşı uşağı üçün ona pul göndərir, amma o, başqa yerə xərcləyir. Sonuncu dəfə ona 250 min manat pul göndərib. Hər ay isə 3 min manat göndərir ki, uşağa xərcləsin.

 

Qızı bahalı reabilitasiya mərkəzinə danışdıq. Gəldi ki, 50 manat borcum var, ver, gedib ödəyim. Balasının canına and içdi. Məni sosial şəbəkədə tənqid edirlər ki, narkotik aludəçisinə güvəndiniz. Yalançını evinə qədər qovarlar. İki uşağı var. Biri xəstədir.

 

İndi mənim verdiyim pulu götürüb getdi. Hamımızı aldatdı. Yenə də onu küçələrdə görəcəksiniz. İngilis dili bildiyi üçün ancaq xaricilərdən pul istəyir. Bir nəfər var ondan istifadə edir. Pul alır gedib onu nəyəsə xərcləyirlər. Bundan sonra ona heç bir yardım etməyəcəyik".

 

Qeyd edək ki, Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlamışdı. 


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...