Britni Spirsin kitabı Castin Timberleykin ailəsində soyuqluq yaradıb

Britni Spirsin kitabı Castin Timberleykin ailəsində soyuqluq yaradıb

Amerikalı müğənni Britni Spirsin "İçimdəki qadın" adlı xatirələrinin yayımlanması ulduzun 1999-2002-ci illərdə birlikdə olduğu keçmiş sevgilisi və həmkarı Castin Timberleykin əhvalını xeyli korlayıb. Üstəlik, bütün açıqlamalar onun Jessica Biel ilə evlilik ildönümünü kölgədə qoyub.
 

Sfera.az bildirir ki, kitabda Spirsin 19 yaşında sevgilisi istəmədiyi üçün abort etdirməsindən danışıb. Britni bütün dünyaya Castinin onu başqa bir məşhurla aldatdığını bildirsə də, hal-hazırda evli olduğu üçün həmin qadının adını çəkməyib.
 

Öz növbəsində, NSYNC qrupunun solisti kitabın nəşrindən sonra Britni ilə ünsiyyətdən yayınıb. O, Jessica ilə evlilik ildönümünü məhv etdiyinə görə qəzəblənsə də, lakin ona deyəcək bir sözü yoxdur.
 

Spirsə gəlincə, o, xatirələrində qeyd etdiyi insanların indi özlərini necə hiss etdiyinə əhəmiyyət vermir.
 

Həm də o keçmiş sevgilisinə qarşı kin saxlamır.
 

"Onun məni seksual cəhətdən aktiv adlandırdığına görə qəzəblənirəmmi? Xeyr. Düzünü desəm, Castinin belə deməsi xoşuma gəldi”.
 

Bildiyiniz kimi, Britninin hamiləlik və abort haqqında danışması Timberleyk üçün şok olub, çünki o, bunun əbədi olaraq ikisinin sirri olaraq qalacağına ümid edirdi. Məlumat açıqlandıqdan sonra o, bir neçə il öncə üstü açılanda olduğu kimi çoxlu tənqid və təhqirlərə məruz qalıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...