1 milyona soyunan Afaq Aslan: \"Əli Mirəliyev məni bağ evinə dəvət edib dedi ki…\"

1 milyona soyunan Afaq Aslan: \
Bir neçə gün öncə müğənni Əli Mirəliyev müğənni Afaq Aslanın "1 milyona soyunaram” ifadəsinə reaksiya verərək "soyunsa ona heç 50 manat da verməzlər” demişdi.

Sfera.az xəbər verir ki, Əli Mirəliyevin bu sözlərindən sonra ölkə.Az-a danışan Afaq Aslan olduqca sərt sözlərdən istifadə edib:

"Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib gəl bir somavar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə balığın iyindən bilir ki, bu şor balıqdır”.

Afaq Aslan Əli Mirəliyevi qalmaqalla gündəm yaratmaqda suçlayıb:

"Mən Əli Mirəliyevə bundan sonra da 100 il ömür arzu edirəm. Mən ona ölüm arzulamıram ki, qoy "Ölməz Kaşşey” kimi yaşasın. Mənim 1 milyona soyunmağım şəxsi işimdir və şəxsi məsələlər toxunulmazdır. Gündəmdə yoxdur deyə ona-buna ilişməklə gündəm yaratmaq istəyir. Bir aralar Səməd Səmədova sataşdı ki, səsi yoxdur oxuya bilmir, daha sonra Rəqsanəyə ilişərək itinə Reks adı qoyduğunu dedi. Rəqsanə də onu məhkəməyə vermək istəyəndə əlinə-ayağına düşüb yalvardı, dediyi sözün arxasından qaçdı.

Əli Mirəliyevin hansı mahnısına qulaq asıblar? Mənim isə "Instagram” profilimdə 50 mindən çox izləyicim var. Mən bu qədər insan tərəfindən sevilməsəm, maraq dairəsində olmasam ətrafımda bu qədər insan olmazdı. Ağsaqqal kişidir, ona bundan da sərt cavab verə bilərəm, amma babamın babası ilə yaşıd biriylə ağız-ağıza verməyi özümə yaraşdırmıram. Ona son olaraq demək istəyirəm ki, sənin qatarın çoxdan gedib. Ən yaxşısı get bağ evində otur, nəvələrinlə oyna və ona-buna az iliş!”

OXŞAR XƏBƏRLƏR

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...

Mahir bacısı və sevgilisi ilə - FOTO

Məşhur futbolçu Mahir Emreli sevgilisi və ailəsi ilə paylaşım edib.   Sfera.az xəbər verir ki, Mahir bacısı Ayşə və eşq yaşadığı türk xanımla fotolar...