Rəqqasə qaydaları pozub yol polisinə atmaca atdı-VİDEO
Maqazin
12:59 / 05.11.2016
1125
İnstagram sosial şəbəkəsində «Belly Dancer Sabina» kimi qeydiyyatdan keçən bakılı rəqqasə yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, bunu əks etdirən videoları öz səhifəsndə yayaraq hətta özünə haqq qazandırır.
Avtosfer.az-ın məlumatına görə, Sabina adlı rəqqasə sükan arxasında özü və ətrafdakılar üçün təhlükəli hərəkətləri ilə diqqəti cəlb edir. O, avtomobil idarə edərkən mahnı oxuyur və bu zaman diqqəti yolda yox, yanında əyləşib onun videosunu çəkən şəxsdə olur. Elə həmin görüntülərə şərh yazanlar da xanım sürücüyə tövsiyyə edirlər ki, hərdən yola da baxsın.
Bundan əlavə, təqdim olunan videoda xanım sürücünün azyaşlı uşağını qucağına alaraq şəhərin mərkəzində avtomobil idarə etdiyi də əksini tapır. Hansı ki, onun paylaşdığı fotoların birində uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqdan istifadə etdiyi də əksini tapır. Bu, yaxşı hal olsa da, xanım sürücü əksər hallarda uşağı ya qucağında saxlayır, ya da qabaq oturacaqda oturtmaqla qayda pozur.
Rəqqasə Sabinə sükan arxasında təhlükəsizlik kəmərindən ümumiyyətlə istifadə etmir. Hər halda, onun paylaşdığı video və fotolar bunu deməyə əsas verir.
Uşağı qucağına alaraq avtomobili darə etməsini əks etdirən videoya xanım sürücü maraqlı fikirlər də yazıb: «İndi yazacaqlar ki, olmaz belə, nə bilim nə. Demək istəyirəm ki, bu, məndən asılı deyil. Əgər bilmək istəyirsinizsə, bu uşaq 9 ayına qədər hamilə-hamilə maşın sürmüşəm. Böyüyəndə deyə bilər ki, mən anamın qarnında maşın sürmüşəm. Ona görə də, indi də bu uşağı «rul»dan ayırmaq qeyri-mümkündür. Qaldı ki, «QAİ»lərə, can sağlığı, uzun ömür, görənə də, görməyənə də))».
Bu sözlərindən belə məlum olur ki, bu sürücü məsuliyyətin nə olduğunu anlamır və nə etdiyinin fərqində deyil. Məsələn, onun paylaşdığı videoların birində 120-lik yolda 90 km/saat sürətlə hərəkət etdiyi görünür və videoya şərh yazanlar onu qınayırlar ki, sağ zolağa keçsin.
Ümid edirik ki, yol polisi bu sürücünü aşkar edərək müvafiq tədbirlər görəcək və ona məsuliyyəti öyrətməklə etdiyi müraciətə də cavab verəcəklər…