Madonnaya nə olub? - Pop-divanın son videoları pərəstişkarlarının narahatlığına səbəb oldu

Madonnaya nə olub? - Pop-divanın son videoları pərəstişkarlarının narahatlığına səbəb oldu

65 yaşlı amerikalı müğənni, rəqqasə və kinoaktrisa Madonna gələn həftə Londonda başlayacaq “The Celebration Tour”a hazırlaşdığı ərəfədə çox fərqli görünüb.
 

Sfera.az bildirir ki, Pop-diva sanki ağrı çəkdiyi fotolarında tamamilə fərqli göründüyü üçün narahatlıq yaradıb.
 

Pop kraliçası indi iyun ayında ciddi bakterial infeksiya ilə xəstəxanaya yerləşdirildikdən və bir neçə gün reanimasiya şöbəsində qaldıqdan sonra təxirə salınan dünya turnesinə hazırlaşır.
 

Madonna xəstəxanadan çıxanda Nyu Yorkdakı evdə uşaqlarının əhatəsində olub: 26 yaşlı Lourdes Leon, 23 yaşlı Rokko Riçi, 18 yaşlı David Banda, 17 yaşlı Mersi Ceyms, 11 yaşlı əkizləri Stella və Ester. Madonna səhhəti ilə əlaqədar olaraq özünün debüt albomunun buraxılmasının 40-cı ildönümünü qeyd edəcək “Celebration” dünya turunun başlanğıcını təxirə salmaq məcburiyyətində qalmışdı.
 

"Xəstəxanada yuxudan oyananda ilk ağlıma gələn uşaqlarım oldu. İkinci isə, turuma bilet alanları məyus etmək istəmirdim. Mənimlə birlikdə çalışmış, əziyyət çəkən insanları da ruhdan salmaq istəmirdim. Son bir neçə ay ərzində yorulmadan şou yaratmağa çalışırdım. Kimisə məyus etməyə nifrət edirəm. Hazırda diqqətimi sağlamlığıma və yaxşılaşmağa yönəldirəm. Sizi əmin edə bilərəm ki, bacardığım qədər tez sizinlə olacağam!"- deyə Madonna bildirib.


Lakin pərəstişkarları onun onlayn yayımlanan yeni videolarda niyə bu qədər fərqli göründüyünü başa düşə bilmirlər.
 

Pərəstişkarları yanaq sümükləri kəsilmiş müğənnini görməyə öyrəşsələr də, son fotolarda onun üzü daha dolğun görünür. "Aman Tanrım, ona nə olub”?, “Dodaqları ağrıyır”, “İnsanlar üzlərinə iynə vurmağı dayandırmalıdırlar"-deyə fanatları paylaşımlarına şərh yazıblar.
 


OXŞAR XƏBƏRLƏR