Necati Şaşmaz haqqında deyilənləri inkar etdi

Necati Şaşmaz haqqında deyilənləri inkar etdi
 

15 iyul hərbi çevriliş Cəhdindən əvvəl sahibi olduğu Pana Filmin "Qurdlar Vadisi Darbe” domeinini satın almasına görə bəzi problemlər yaşayan Necati Şaşmaz bir neçə gün əvvəl prokurorluqda ifadə vermişdi.

 

 

Sfera.az xəbər verir ki, Pana Fillm Necati Şaşmazın Türkiyə Prezidenti R.T.Ərdoğanın təşkil etdiyi qəbula dəvət edilməməsiylə bağlı xəbərlərə münasibət bildirib.

Verilən açıqlamada bildirilir ki, iddialar gerçək deyil. Prezident Aparatının əməkdaşları N.Şaşmazı telefonla qəbula dəvət ediblər. Lakin Şaşmaz plandan xaric olaraq xaricdə səfərdə olduğundan qəbula qatıla bilməyib.

 

Pana Film bu cür xəbərlərin yayılmasını Necati Şaşmaza qarşı aparılan kampaniyanın tərkib hissəsi sayır. Şirkət belə xəbərləri yayan media qurumlarına qarşı qanuni vasitələrlə mübarizə aparacaqlarını da qeyd edib.



OXŞAR XƏBƏRLƏR