Aygünlə Ramalın ölkədən çıxışına qadağa qoyuldu

Aygünlə Ramalın ölkədən çıxışına qadağa qoyuldu
Vergi borcuna görə, ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin yenilənmiş siyahısını açıqlanıb.

Vergi borcunu ödəməyənlər sırasında yerli şou-biznesin tanınmış simalarının adları da yer alır. Siyahının yenilənməsinə baxmayaraq, 30 min manat vergi borcu olan Abbas Bağırovun adı hələ də ödəniş etməyənlərin arasındadır.

Siyahıya iki tanınmış sima, əməkdar artist Aygün Bəylər (Hümmətova) və müğənni Ramal İsrafilovun adları əlavə edilib. Məsələ ilə əlaəqdar olaraq SİA adları çəkilən məşhurlarla dəfələrlə əlaqə saxlamaq istədi. Lakin cəhdlərimiz uğursuz oldu. Belə ki, vergi borcu olan tanınmış simalar zənglərimizə cavab vermədi.

Qeyd edək ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...