“Victoria\'s Secret”in siması brendin geyimini qəzəbli və komik formada tənqid etdi - FOTO

“Victoria\'s Secret”in siması brendin geyimini qəzəbli və komik formada tənqid etdi - FOTO

Bir qayda olaraq, bəzi brendlərin simaları bu markaları tənqid etmirlər, lakin müğənni Doja Cat brendin tədbirində özünü göstərmək məcburiyyətində qaldığı Victoria's Secret brendinin qara paltarından o qədər narazı olub ki, o, sosial şəbəkələrdə uzun tənqidi yazı ilə çıxış edib.

 

Sfera.az bildirir ki, müğənni bu yaxınlarda "Victoria's Secret World Tour 2023" tədbirində heyranedici qara paltarda görünüb. Lakin sonra o, sosial şəbəkələrdə geyiminin dəhşətli olduğunu və çox narahatçılığa səbəb olduğunu yazıb.

 

Doja Cat “Victoria's Secret World Tour” çəhrayı xalçasına baxarkən özünü narahat hiss etdiyini bildirib. 

 

Doja Cat dekolteli dar qara paltardan əslində nifrət etdiyini də açıqlayıb.

 

O, “Victoria's Secret” brendinə qarşı şikayətlərini İnstaqram hekayələrində yazsa da, sonra bu postu silib.

 

"Sürüşkən materialda paltar geyinəndə, amma bütün gecəni hər şeyin yerindən oynayanda və paltarın qayışları döşlərinizi dizlərinizə qədər aşağı çəkəndə, adam dəli olur"

 

Qırmızı xalçada görünməsi üçün ona dekolteli şəffaf sürüşkən paltar və tikişli qayış hədiyyə edilib. Amma paltat çox narahat olub. Doja Cat etiraf edib ki, paltar sözün əsl mənasında onu pendir parçası kimi kəsib".

 

27 yaşlı müğənni komik şəkildə təsvir edib ki, paltar sanki iç orqanlarının içinə qədər girib:

 

“Paltarı geyinəndə sözün əsl mənasında uşaqlıq boynumun içindən keçdi, bir parça çeddar pendiri kimi məni kəsib".

 

O, paltarın sinəsini dizlərinə qədər aşağı çəkdiyini və axşam özünü "döyülmüş" hiss etdiyini də qeyd edib.

 

Foto: Getty Images

 

Doja Cat paltarı bəyənməsə də, onu geyinərkən çəkdirdiyi fotoları İnstagram izləyiciləri ilə bölüşüb.

 

Əsl adı Amala Ratna Zandile Dlamini olan Doja Cat narahat olan “Victoria's Secret" paltarını qara daban, brilyant boyunbağı və şəffaf gün eynəyi ilə birləşdirib.

 

Çəhrayı xalçanın digər ulduzları Emili Ratajkovski, Candice Swanepoel, Naomi Campbell və Priyanka Chopra olub.

 

Madonnanın qızı Lourdes Leon isə eyni tədbirə az qala çılpaq çıxıb. O, yalnız qısa tuman və heç nəyi gizlətməyən torlu paltar geyinib.

 

Aynil

Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

Rafael Ağayev əməliyyat olundu - FOTO

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə idmançı özü paylaşım edib.   ...

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.   Sfera.az xəbər verir ki, b...

İlham Əliyev "Xocalı" yarımstansiyasının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin...

Yeni Papa ilk xütbəni verdi: “İncili təbliğ edin"

Vatikanın Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo ilk xütbəsini verib. Ənənəvi ayinlər çərçivəsində keçiri...

Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında mə...

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...