Məşhur “İmagine Dragons” qrupunun Bakı konsertindən MARAQLI GÖRÜNTÜLƏR

15:08 / 03.09.2023
6224
Bakıda dünyaca məşhur Amerikanın pop-rok qrupu "İmagine Dragons"un konserti baş tutub.
Sfera.az bildirir ki, qrup Olimpiya stadionunun səhnəsində çıxıb edib, müxtəlif hitlər səsləndirilib. Qrupun əsas üzvlərindən olan 36 yaşlı musiqiçi Deniel Kolter Reynolds konsert başlayandan bir neçə dəqiqə sonra ənənəsinə sadiq qalaraq tamaşaçıların qarşısında yarıçılpaq halda ifalarına davam edib. O, həmçinin səhnədə valideynləri, xüsusilə anası ilə bağlı fikirlərini izləyiciləri ilə bölüşüb, gənc yaşlarında depressiyaya düşdüyünü, çətin zamanlardan keçdiyini bildirib və tamaşaçılara da bu cür hallardan çıxış yolunu izah edib.
Ümumilikdə konsert proqramı anşlaqla keçib. Maraqlı görüntüləri təqdim edirik:
Türkan
Fotolar: Anar Bayramlı