Logo

Tural Əsədov Xəzər TV-dən ayrılır, əvəzinə o gəlir

Tural Əsədov Xəzər TV-dən ayrılır, əvəzinə o gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparıcı Tural Əsədovun da yeni sezondan etibarən Xəzər TV-dən ayrılacağı bildirilir.

Sfera.az xəbər verir ki, T.Əsədovun aparıcısı olduğu “Səhər mərkəzi” verilişi yeni sezondan etibarən həmkarı Vüsalə Əlizadəyə həvalə olunacaq.

Bu barədə Pravda.az-a açıqlama verən T.Əsədovun cavabı belə olub: “Məlumatı Xəzər TV-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirə bilərsiniz, mənim ixtiyarım yoxdur”.

Aparıcı Vüsalə Əlizadə də saytımıza açıqlamasında məlumatı inkar etməyib: “Hələ mən heç bir açıqlama verməmişəm, heç nə deməmişəm. Nə vaxt dəqiqləşər, onda deyərəm. Nə olsa, özüm “İnstagram”da paylaşım edəcəyəm, görünəcək”.

Xatırlatma: “Səhər mərkəzi” verilişi daha əvvəl Tural Əsədovla Afaq Gəncəlinin təqdimatında yayımlanıb. A.Gəncəli səhhətində yaranan problemlə əlaqədar bir müddət öncə verilişlə sağollaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR