Adel Las-Veqasda konserti zamanı huşunu itirdi - FOTO

Adel Las-Veqasda konserti zamanı huşunu itirdi - FOTO

Müğənni Adel Las-Veqasda bir sıra konsertlər zamanı səhnə arxasında huşunu itirdiyini etiraf edib.
 

Sfera.az bildirir ki, müğənni uzun illərdir ki, siyatik sinirin iltihabından əziyyət çəkir.
 

Adele, siyatik tutmasından sonra "yerdən qaldırılmalı" olduğunu bildirib. O, Sezar sarayındakı konsertdən sonra pərəstişkarları və jurnalistlərə açıqlama verib.
 

35 yaşlı müğənni xroniki bel ağrıları barədə "Oturub dincələcəyəm"-deyə bildirib.
 

Qeyd edək ki, siyatik xəstəliyi siyatik sinirin iltihabıdır. Bu, sinir sıxıldığı zaman baş verir və bel bölgəsində kəskin ağrı ilə müşayiət olunur. Bu da ayaqların uyuşması ilə müşayiət oluna bilər. Ağrı yerimək, əyilmək, uzun müddət oturmaqla güclənir. Adel uzun illərdir ki, siyatikdən əziyyət çəkir.
 

"İndi mənim sadəcə səhnənin o biri tərəfinə keçmək üçün köməkçilərə ehtiyacım var və mən yellənməliyəm, çünki çox güclü siyatikam var"-deyə Adel zarafat da edib.
 

Müğənni daha əvvəl səhhətindəki problemlərdən danışsa da, bunun nə vaxt başladığını etiraf etməyib.


Adel huşunu itirməmişdən əvvəl bəzi pərəstişkarlarının səhnəyə əşya atmasına münasibət bildirib.

 

"İnsanların indi şounun lənətə gəlmiş etiketini unudub səhnəyə hər cür cəfəngiyyat atdığını görmüsünüzmü? Mən xəbərdarlıq edirəm, mənə heç nə atmasınlar. Lənətə gəlsin, bunu edəni öldürərəm”– müğənni deyib.


Qeyd edək ki, müğənni bu açıqlamanı, canlı ifalar zamanı müğənnilərə cib telefonları, ədəbsiz seks oyuncaqları, nəhəng pendir dairəsi və hətta insan küllərinə qədər hər şeyə atıldığı bir sıra insidentlərdən sonra verməyə məcbur olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR